
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı həyata keçirilib.
Danışıq zamanı Azərbaycan-Türkiyə arasında ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr müzakirə olunub. Həmçinin regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.





