
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” Azərbaycan–BƏƏ birgə əməliyyat-taktiki hərbi təlimini izləyiblər.
QanunTV.az xəbər verir ki, təlim Azərbaycan və BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə təşkil olunub. Birgə hərbi məşqlər zamanı müasir döyüş şəraitinə uyğun taktiki tapşırıqlar icra edilib, qoşunların qarşılıqlı fəaliyyəti və koordinasiyası nümayiş etdirilib.
Təlimlərin əsas məqsədi iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi, əməliyyat uyğunluğunun artırılması və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsidir.
Qeyd edək ki, “Sülh Qalxanı – 2026” təlimi Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın inkişafına xidmət edən mühüm hərbi tədbirlərdən biri hesab olunur.








