
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
Ərdoğan bildirib ki, Prezident İlham Əliyev qardaş ölkə Azərbaycanı uğurla təmsil edərək davamlı sülhün bərqərar olması yolunda mühüm və cəsarətli addımlar atıb.
Türkiyə lideri vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bundan sonra da güclənəcək və iki ölkə regionda sülhün təmin olunması üçün birgə səylərini davam etdirəcək.
Qeyd edək ki, Prezident Ərdoğan müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan rəhbərliyinin sülh təşəbbüslərini dəstəklədiyini dəfələrlə bəyan edib.





