
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə baş vermiş dəhşətli zəlzələnin üçüncü ildönümü münasibətilə məktub ünvanlayıb.
Dövlət başçısı məktubunda zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüznlə yad etdiyini bildirib və Türkiyə xalqına bir daha başsağlığı verib.
Prezident İlham Əliyev qeyd edib ki, qardaş ölkənin zəlzələdən sonra həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə Azərbaycanın göstərdiyi dəstək iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin əyani ifadəsidir.
Dövlət başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayaraq, qardaş ölkəyə firavanlıq və davamlı inkişaf arzulayıb.





