
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Danışıq zamanı regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bölgədə mövcud proseslər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nazirlər Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regional sabitlik və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.





