
Cari ilin fevral ayında gənc əsgərlərin ailə üzvləri ilə görüşləri yalnız 15 və 22 fevral tarixlərində təşkil ediləcək.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ziyarətə gələn şəxslərin şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsi mütləqdir. Görüş yalnız yaxın qohumlara – ata-ana, həyat yoldaşı, övlad, nənə və baba, həmçinin doğma və ögey bacı-qardaşlara icazə veriləcək.
Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə görüşə yemək və digər ərzaq məhsulları gətirilməsi qadağandır.





