
Vaşinqtonda Azərbaycan Prezidenti Ilham Aliyevə qarşı törədildiyi bildirilən təxribatla bağlı iştirakçıların kimliyi müəyyənləşdirilib.
Məlumata görə, hadisədə aşağıdakı şəxslər iştirak edib:
Adil Əmrahlı – 1990-cı il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşıdır. 2022-ci ildə Azərbaycanı tərk edərək ABŞ-yə köçüb.
Rəhim Yaqublu – müxalifətçi Tofiq Yaqublunun oğludur, Müsavat Partiyasının üzvüdür. 2022-ci ildən ABŞ-də yaşayır.
Bəxtiyar Abbasov – Rusiya vətəndaşıdır, 2015-ci ildə Azərbaycanı tərk edib.
Xilas İsayev, Kənan Cəfərov və Tural Ələkbərli – hazırda xaricdə yaşayan digər iştirakçılar kimi qeyd olunur.
Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.





