
Azərbaycan Xarici İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, ölkə vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb.
XİN-in məlumatında qeyd olunur ki, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşları yerləşdikləri bölgədən asılı olaraq, İranı Azərbaycan və ya Türkiyə vasitəsilə tərk etməlidirlər.
Nazirlik həmçinin vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edib və səfərlərin yalnız zəruri hallarda həyata keçirilməsini vacib sayır.





