
Türkiyə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının regional və qlobal sabitliyi təhdid etdiyini açıqlayıb.
Qanuntv.az-ın məlumatına görə, bu açıqlama Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verilib. Nazirlik bildirib ki, İsrail və ABŞ-nin İrana hücumları ilə başlayan və daha sonra İranın üçüncü ölkələrə zərbələri ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi risk altına salır.
Türkiyə XİN tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb və vurğulayıb ki, regiondakı problemlər sülh yolu ilə həll edilməlidir. Nazirlik həmçinin vasitəçi qismində zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Türkiyə hökuməti eskalasiyadan təsirlənən ölkələrdə yaşayan vətəndaşlarının təhlükəsizliyini prioritet olaraq qiymətləndirir və bununla bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.





