
İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair” Qaydaları təsdiq edib.
Qanuntv.az-ın məlumatına görə, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti sənəddən irəli gələn məsələlərin həllini təmin etməlidir.
Qaydalar “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin 12 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standart və tövsiyə olunan təcrübəsinə uyğun hazırlanıb. Sənəd hava daşımaları sahəsində rəsmiyyətin sadələşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Qaydalarla tənzimlənməyən məsələlər isə “Aviasiya haqqında” qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və həmin Konvensiyanın 9 nömrəli Əlavəsi – “Rəsmiyyətin sadələşdirilməsi” sənədi ilə müəyyən edilmiş ICAO-nun beynəlxalq standart və tövsiyələrinə uyğun həyata keçiriləcək.





