
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığı üçün ciddi nəticələrlə üzləşəcək.
Qanuntv.az xəbər verir ki, Əraqçi “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq edilmədən vurulub.
“Sözlərimizi yadda saxlayın: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”, – deyə Əraqçi vurğulayıb.
O həmçinin vurğulayıb ki, beynəlxalq hüquq və normalara uyğun olaraq, hərbi vəziyyətdə Hörmüz Boğazından keçid qaydaları İran tərəfindən müəyyən ediləcək.





