
Son dövrlərdə “5 N-li Magistral Yolların İstismarı” MMC-də çalışan Arif Abbasov haqqında bəzi platformalarda yayılan müxtəlif iddialar ictimaiyyətdə müəyyən suallar yaratmışdır. Məsələ ilə bağlı Qanuntv.az saytının rəhbəri Bəxtiyar Vəliyev tərəfindən geniş araşdırma aparılmış, yayılan məlumatların həqiqətə nə dərəcədə uyğun olub-olmaması dəqiqliklə araşdırılmışdır.
Araşdırmanın nəticəsi göstərir ki, son zamanlar yayılan neqativ fikirlər və ittihamlar heç bir real fakta söykənmir və tamamilə qarayaxma xarakteri daşıyır. Əksinə, Arif Abbasovun fəaliyyəti araşdırıldıqca onun işinə məsuliyyətlə yanaşan, peşəkar yanaşması və prinsipial mövqeyi ilə seçilən əməkdaş olduğu daha aydın şəkildə üzə çıxmışdır.
Arif Abbasov uzun illərdir ki, yol təsərrüfatı sahəsində çalışaraq üzərinə düşən vəzifələri vicdanla və yüksək məsuliyyət hissi ilə yerinə yetirən şəxslərdən biridir. Onu yaxından tanıyan həmkarlarının sözlərinə görə, o, işində dəqiqliyi, intizamı və dövlət əmlakına münasibətdə həssaslığı ilə seçilən, kollektivdə hörmət qazanan əməkdaşlardan sayılır.
Bəzi iddialarda Arif Abbasovun guya Saleh Məmmədov üçün villalar tikdirdiyi və bu işlərin onun şəxsi hesabı ilə həyata keçirildiyi kimi əsassız məlumatlar yayılmışdır. Lakin aparılan şəffaf və obyektiv araşdırma nəticəsində məlum olmuşdur ki, bu iddialar faktlara əsaslanmır və reallığı əks etdirmir. Sözügedən məlumatlar yalnız qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Əslində isə Arif Abbasov dövlətinə bağlı, üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyi özünə prinsip seçmiş bir əməkdaş kimi tanınır. Onun fəaliyyəti peşəkarlıq, məsuliyyət və dürüstlük kimi keyfiyyətlərlə səciyyələnir. Bu xüsusiyyətlər isə istənilən dövlət qurumunda çalışan şəxs üçün ən böyük göstəricilərdən biridir.
Bütün bunlar bir daha göstərir ki, Arif Abbasov haqqında yayılan mənfi fikirlər həqiqəti əks etdirmir. Onun fəaliyyəti əksinə, dövlətə sədaqətli xidmətin, zəhmətkeşliyin və peşəkar yanaşmanın bariz nümunəsi kimi qiymətləndirilir. Belə insanların əməyinin kölgədə qalmasına deyil, əksinə, layiq olduğu dəyərin verilməsinə ehtiyac var.





