
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, 7 mart tarixində Qətərdə qalan Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanının Cidde şəhərinə təxliyə ediləcək.
Nazir qeyd edib ki, həmçinin Küveyt və Bəhreyndə qalan vətəndaşların da hamısının Ciddəyə gətirilməsi və oradan Azərbaycanın digər şəhərlərinə təxliyəsi planlaşdırılır.
Ceyhun Bayramov bildirib ki, bu tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin olunması və regiondakı gərgin vəziyyətin təsirlərindən qorunması məqsədilə həyata keçirilir. Azərbaycan hökuməti bütün vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi koordinasiyanı davam etdirir.





