
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə İstanbul şəhərində görüş keçirib.
Bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək. İclas çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri təşkilat daxilində əməkdaşlıq və regional məsələləri müzakirə edəcəklər.





