
İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, Sərəncama əsasən, Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.
Bu vəsait türbənin qorunması və tarixi abidə kimi gələcək nəsillərə çatdırılması məqsədilə istifadə olunacaq.





