
Qanuntv.az xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin şagirdi Ümmügülsüm Nasir qızı Ruhullayeva son 3 ayda qazandığı uğurlarla diqqət çəkib.
Məktəbin direktoru Elşən Ağazadə bildirib ki, Ü.Ruhullayeva qısa müddətdə 9 medal qazanaraq Azərbaycanın adını beynəlxalq arenada layiqincə təmsil edib.
Onun uğurları arasında:
Beynəlxalq “Mathxcel” Riyaziyyat Olimpiadasında qızıl medal və ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək final mərhələsinə vəsiqə;
Lütfi Zadə adına iki olimpiada və Elm və Təhsil İnstitutunun yarışında qızıl medallar, sonuncularda isə 100% nəticə;
Paskal və FISO olimpiadalarında gümüş,
Kopernik olimpiadasında bürünc medal.
Direktor əlavə edib ki, istedadlı şagird hazırda kitab çap etdirməyə də hazırlaşır.
Xatırladaq ki, bundan əvvəl Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta məktəbinin 3 şagirdi Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində iştirak hüququ qazanmışdı.





