
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Boao Forumunda iştirak etmək məqsədilə Çində işgüzar səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qanuntv.az-a bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında sədr Sahibə Qafarova Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Səfər çərçivəsində Sahibə Qafarovanın forumun rəsmi açılış mərasimində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.







