
Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı istiqamətində tətbiq edilən müvəqqəti sürət məhdudiyyəti aradan qaldırılıb.
Belə ki, yolun bəzi zolaqlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə 20 km/saatadək endirilmiş sürət həddi hava şəraitinin normallaşması ilə yenidən əvvəlki vəziyyətinə qaytarılıb.
Sürücülərə yol hərəkəti qaydalarına riayət etmələri, xüsusilə dəyişkən hava şəraitində diqqətli olmaları tövsiyə olunur.





