
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabad şəhərində pakistanlı həmkarı Ishaq Dar ilə görüşüb.
Məlumata görə, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri İslamabadda dördtərəfli görüş keçirəcəklər. Görüşdə ABŞ–İran gərginliyi fonunda regionda müharibənin qarşısını almaq və sabitliyi təmin etmək məqsədilə atılacaq addımlar müzakirə olunacaq.





