
Bu gün Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb. Söhbət əsnasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin, Cənubi Qafqazda sabitlik və təhlükəsizliklə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçıları regionda qarşılıqlı maraqları təmin edən layihələrin icrasının davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdən sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.








