
İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında ölkəsinin regiondakı dost dövlətlərin dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, İran xüsusilə Türkiyə, Azərbaycan və digər region ölkələrinin göstərdiyi dəstəyə görə minnətdardır.
Nazir müavini vurğulayıb ki, Tehran region ölkələri ilə əməkdaşlığı və qarşılıqlı münasibətləri müsbət istiqamətdə davam etdirmək niyyətindədir.
Qeyd edək ki, açıqlama İranın regional siyasəti və qonşu ölkələrlə münasibətləri fonunda səsləndirilib.





