
Çex Respublikasının Baş naziri Andrej Babiš Azərbaycan Respublikasına rəsmi səfər edib.
Qanuntv.az xəbər verir ki, o, Qəbələ Beynəlxalq Hava Limanında qarşılanıb. Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş naziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumata görə, bu səfər Andrey Babişin Avropa İttifaqı hüdudlarından kənara etdiyi ilk rəsmi səfərdir. O, sosial şəbəkə hesabında paylaşım edərək “Azərbaycan. Aİ xaricinə ilk rəsmi səfərim yeni başlayır” sözlərini yazıb.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı gözlənilir.






