
Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində güclü leysan yağışları nəticəsində baş verən sel və daşqınların fəsadlarının aradan qaldırılması və gələcəkdə bu kimi halların qarşısının alınması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan ümumilikdə 85 milyon 869 min 260 manat vəsait ayrılıb.
Vəsaitin bölüşdürülməsinə əsasən:
Fövqəladə Hallar Nazirliyinə 8 876 210 manat
Bakı Şəhər İcra Hakimiyyətinə 1 437 315 manat
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 443 875 manat
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 103 600 manat
“Azərişıq” ASC-yə 15 008 260 manat ayrılıb.
Qeyd edilib ki, 2026-cı ilin mart-aprel aylarında baş verən güclü yağışlar nəticəsində Bakı və regionlarda ciddi fəsadlar yaranıb, infrastruktur obyektlərinə və yaşayış evlərinə ziyan dəyib. Dövlət qurumları tərəfindən operativ tədbirlər görülərək su basmış ərazilərdə xilasetmə, bərpa və təmir işləri həyata keçirilib.





