
Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin iki şagirdi buraxılış imtahanında maksimum nəticə əldə edib.
Qanuntv.az xəbər verir ki, liseyin IX sinif şagirdləri Aysu Arif qızı Cəmilli və İlknur Vüsal qızı Məmmədli imtahanda 300 bal toplayaraq yüksək nəticə göstəriblər.
Eyni zamanda, Gəncə şəhərindən də iki şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə maksimum nəticə əldə edib.
Bildirilib ki, Gəncə şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Dəniz Bayramova və Gəncə şəhər 2 saylı internat tipli xarici dillər təmayüllü gimnaziyanın şagirdi Seymur Hüseynov da 300 bal toplayıblar.
Məlumata görə, hər iki regiondan olan şagirdlər ölkə üzrə ən yüksək nəticəni göstərən məzunlar sırasında yer alıblar və bu uğur təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.





