
“Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır”.
Qanuntv.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı deyib.
Dövlət başçısı çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan ən ağır və mürəkkəb dövrlərdə öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib.
Prezident vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir.
Qeyd edək ki, Zəngilanda keçirilən görüşlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesləri fonunda baş tutur.





