
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsinin iştirakı ilə səfər təşkil olunub.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti-nin fəaliyyəti barədə məlumatlandırılıblar.
Daha sonra nümayəndələr “Siyasi repressiya qurbanları” muzeyini ziyarət ediblər.
Tədbirin məqsədinin beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrin hərbi nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması olduğu bildirilib.





