
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, təbrik məktubunda İordaniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Kral II Abdullah ibn Al Hüseynə və İordaniya xalqına səmimi arzular çatdırılıb.
Məktubda deyilir:
“İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.





