
Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın, eləcə də müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.
Müzakirələrdə regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyəti də qeyd edilib.
Görüşdə Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.





