
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
Qanuntv.az xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumat Respublika Kliniki Uroloji Xəstəxanası tərəfindən təsdiqlənib. Bildirilib ki, yeni baş həkimin təyinatı iyunun 2-də həyata keçirilib və o, artıq kollektivə təqdim olunub. Fikrət Əhmədov bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Fikrət Əhmədov bir neçə ay əvvəl Nizami Tibb Mərkəzinə baş həkim təyin edilmişdi. Yeni təyinatla əlaqədar olaraq o, həmin vəzifəsindən ayrılıb.





