
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin edilib.
Qanuntv.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, qurumun rəhbəri vəzifəsinə Mürsəl Əliyev gətirilib.
Yeni təyinatla Mürsəl Əliyev bu vəzifədə Ramin İsrafilovu əvəz edib.
Qeyd edək ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.





