
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməsi və çıxış etməsi nəzərdə tutulur.
Bununla yanaşı, xarici işlər nazirinin səfər zamanı bir sıra yüksəksəviyyəli görüşlər keçirməsi, regional əməkdaşlıq, təhlükəsizlik, nəqliyyat və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan–Gürcüstan–Türkiyə formatında keçirilən üçtərəfli görüşlər regionda əməkdaşlığın gücləndirilməsi, strateji tərəfdaşlığın inkişafı və ortaq layihələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.





