
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfər edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun iyunun 10-da Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulur.
Görüşlər zamanı Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Yaponiya arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq əlaqələri son illərdə inkişaf etməkdədir.





