
14 saylı uşaq bağçasının müdirəsi Günel Orucova
rəhbərlik etdiyi müəssisədə formalaşdırdığı yüksək təşkilatçılıq, nizam-intizam və peşəkar yanaşma ilə seçilir. Onun fəaliyyəti nəticəsində bağçada uşaqlar üçün təhlükəsiz, qayğıkeş və inkişafyönümlü mühit yaradılıb.
Valideynlərin bildirdiyinə görə, Günel Orucova uşaqlarla münasibətdə diqqətli, səmimi və qayğıkeş davranışı ilə fərqlənir. O, hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onların düzgün tərbiyəsi və sağlam psixoloji mühitdə böyüməsi üçün xüsusi həssaslıq nümayiş etdirir.
Eyni zamanda valideynlər onun kollektivlə münasibətdə ədalətli, prinsipial və tələbkar rəhbər kimi fəaliyyət göstərdiyini bildirirlər. Müəllim heyətinin işinin düzgün təşkil olunması və bağçanın ümumi fəaliyyətinin yüksək səviyyədə idarə edilməsi onun peşəkarlığını göstərən əsas amillərdəndir.
Günel Orucovanın valideynlərlə açıq və şəffaf ünsiyyət qurması, müraciətlərə operativ yanaşması və hər bir məsələyə diqqətlə yanaşması onun etibarlı rəhbər kimi tanınmasına səbəb olub.
Qeyd olunur ki, onun rəhbərlik etdiyi 14 saylı uşaq bağçasında uşaqlar sevgi, qayğı və diqqətlə əhatə olunur, onların inkişafı üçün əlverişli şərait yaradılır. Bu isə valideyn məmnunluğunu və müəssisəyə olan etimadı daha da artırır.
Qanun TV.az olaraq bildiririk ki, Günel Orucovanın fəaliyyəti və pedaqoji yanaşması cəmiyyət tərəfindən müsbət qiymətləndirilir və yüksək dəyərləndirilir.





