
Təhsil sahəsində əldə olunan uğurların əsasında peşəkar idarəçilik, məsuliyyətli yanaşma və gənc nəslin inkişafına göstərilən xüsusi diqqət dayanır. Bakı şəhəri Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcovanın fəaliyyəti də valideynlər tərəfindən məhz bu keyfiyyətləri ilə yüksək qiymətləndirilir.
Valideynlər bildirirlər ki, Nisə Fərəcovanın rəhbərliyi altında məktəbdə tədrisin keyfiyyəti yüksəlib, müəllim-valideyn əməkdaşlığı daha da möhkəmlənib, şagirdlərin hərtərəfli inkişafına xidmət edən mühüm təşəbbüslər həyata keçirilib. Məktəbdə yaradılan sağlam mənəvi-psixoloji mühit, yüksək nizam-intizam və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər təhsil prosesinin daha səmərəli təşkilinə imkan yaradıb.
Qeyd olunur ki, direktor Nisə Fərəcova məktəbin idarə olunmasında şəffaflıq, məsuliyyət və prinsipiallıq nümayiş etdirərək həm müəllim kollektivinin, həm də valideynlərin rəğbətini qazanıb. Onun təhsil sahəsinə olan həssas münasibəti və məktəbin inkişafına yönəlmiş fəaliyyəti öz müsbət nəticələrini göstərməkdədir.
Valideynlərin sözlərinə görə, məktəbdə keçirilən müxtəlif tədbirlər, maarifləndirici layihələr, bilik yarışları və vətənpərvərlik ruhunda təşkil olunan proqramlar şagirdlərin dünyagörüşünün formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. Eyni zamanda məktəbdə təhlükəsiz və sağlam təhsil mühitinin yaradılması istiqamətində görülən işlər də xüsusi razılıqla qarşılanır.
Valideynlər hesab edirlər ki, Nisə Fərəcova yalnız direktor kimi deyil, həm də gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verən ziyalı və qayğıkeş təhsil rəhbəri kimi nüfuz qazanıb. Onun rəhbərliyi altında məktəbin əldə etdiyi nailiyyətlər və formalaşan müsbət mühit 239 nömrəli tam orta məktəbin nüfuzunun daha da artmasına səbəb olub.
Valideynlər sonda Nisə Fərəcovaya göstərdiyi fədakar əməyə görə təşəkkür edir, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi işlərdə müvəffəqiyyətlər arzulayırlar.





