
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.
Qanuntv.az xəbər verir ki, təbrikdə Azərbaycan xalqı adından və şəxsən öz adından Vladimir Putinə və bütün rusiyalılara dövlət bayramı münasibətilə səmimi təbriklər çatdırılıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
Təbrikdə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın, regionlararası və mədəni-humanitar əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
İlham Əliyev birgə səylərlə Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Qanuntv.az





