
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.
Qanuntv.az xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində "Frutti Aqro" MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər.
Səfər iştirakçılarına ərazidə həyata keçirilən işlər, kənd təsərrüfatı layihələrinin icrası və gələcəkdə görülməsi planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, gün ərzində Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi, eləcə də bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.










