
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və onlara edilən əlavələrin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə məlumat President.az saytına istinadən yayılıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət edən diplomatik xidmət orqanı əməkdaşlarının yeni dövlət məvacibi müəyyən edilənədək mövcud qaydada ödənişlərin davam etdirilməsi nəzərdə tutulur. Bildirilib ki, maaş və əlavələr hazırkı qaydalarla ödənilməyə davam edəcək.
Sənədə görə, yeni qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bu qərar diplomatik xidmət əməkdaşlarının sosial təminatının gücləndirilməsi və onların fəaliyyətinin daha səmərəli təşkili məqsədini daşıyır.





