
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüş keçirib.
QanunTV.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə “general-mayor” ali hərbi rütbələri təqdim edilib.
Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və müvafiq tapşırıq və tövsiyələrini verib.
Ali hərbi rütbə alan zabitlər göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirərək, bu etimadı layiqincə doğruldacaqlarını qeyd ediblər.







