
“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”.
QanunTV.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
General bildirib ki, daha qısa müddətdə hərbi biliklərə yiyələnmək mümkün olarsa, bu məsələ müzakirə oluna bilər.
“Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin tətbiqi də bu gün gündəlikdə yoxdur”, - deyə Mürsəl İbrahimov qeyd edib.





