
İyulun 6-da Tehranda keçiriləcək mərasimlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində şəhər üzərində hava məkanının müvəqqəti olaraq bağlanacağı açıqlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə İranın Milli Mülki Aviasiya Təşkilatının rəhbəri Hosseyn Purfarzanə məlumat verib.
Onun sözlərinə görə, həmin gün təhlükəsizlik tədbirləri səbəbindən Tehran üzərində hava məkanının tamamilə bağlanması nəzərdə tutulur.
Bundan əlavə, İmam Xomeyni və Mehrabad beynəlxalq hava limanlarının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilib.
Rəsmi qurumlar məhdudiyyətlərin müddəti və uçuşların bərpası ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını qeyd ediblər.





