
Kənd təsərrüfatı nazirinin müşaviri Pərviz Ramiz oğlu Yusifov tutduğu vəzifədən azad olunub.
Bununla yanaşı, Pərviz Yusifova nazirlikdə yeni vəzifə həvalə edilib. O, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, Pərviz Yusifov 2025-ci ilin avqust ayında kənd təsərrüfatı nazirinin müşaviri vəzifəsinə təyin edilmişdi.
Yeni təyinatın aqrar sahədə həyata keçirilən islahatların və bitkiçilik istiqamətində görülən işlərin daha da təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.





