
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə President.az məlumat yayıb.
Dövlət başçısının məktubunda Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Artur Piter Mutarikaya və Malavi xalqına səmimi təbriklər çatdırılıb.
Məktubda qeyd olunub ki, Azərbaycan ilə Malavi arasında münasibətlərin xalqların maraqlarına uyğun şəkildə bundan sonra da dostluq və qarşılıqlı əməkdaşlıq müstəvisində inkişaf edəcəyinə inam ifadə olunur.
Prezident İlham Əliyev bu əlamətdar gün münasibətilə Malavi xalqına əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.





