
Azərbaycan Müdafiə Nazirliyində növbəti mühüm kadr dəyişikliyi həyata keçirilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncam əsasında Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad olunaraq Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.
Son təyinat ölkənin hərbi idarəetmə sistemində həyata keçirilən kadr islahatlarının davamı kimi qiymətləndirilir. Müdafiə sahəsində peşəkar fəaliyyəti ilə seçilən general-leytenant Azər Əliyevin yeni vəzifədə Silahlı Qüvvələrin idarə olunması və əməliyyat fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir.
Qanuntv.az





