
Azərbaycan Prezidenti “Baykar” şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirib.
Məlumata görə, qəbul barədə Səlcuq Bayraktar sosial şəbəkə hesabında paylaşım edib. Paylaşım qısa zamanda geniş marağa səbəb olub.
Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, xüsusilə müdafiə sənayesi və yüksək texnologiyalar istiqamətində inkişaf etdiyi bir dövrdə baş tutan bu görüşün ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, “Baykar” şirkəti pilotsuz uçuş aparatları sahəsində dünyanın aparıcı texnologiya şirkətlərindən biri hesab olunur və Azərbaycan ilə şirkət arasında əməkdaşlıq son illərdə daha da güclənib.





