
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Fələstin arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qanuntv.az







