• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli [xfvalue_red]

25 Ock, 24 - 14:56

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

Ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu vaxtadək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Onlara beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri də aid etmək olar. Bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə ev sahibliyi edib. Bu il isə Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

AZƏRTAC belə mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanın nümunəvi təcrübəsinə, potensialına və perspektivlərinə nəzər salır.

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Ölkəmizin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Buna misal olaraq Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və sairlərini misal göstərmək olar. Belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələn Azərbaycan COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək. İki həftə ərzində dünyanın nəbzi Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.

Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyası

Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

Ən yüksək səviyyədə hazırlıq
Ətraflı

Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Yanvarın 22-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb. Həmçinin Azərbaycan Prezidentinin COP29-la bağlı tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verilib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, yerli və beynəlxalq media, digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğu bildirilib. İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

İqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modeli

İqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. Bu səbəblərə görə deyə bilərik ki, dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış Paris Sazişi ilk dəfə olaraq bütün dövlətləri iqlim dəyişmələri ilə mübarizənin ümumi məqsədi ətrafında birləşdirdi. Paris Sazişi ilə ölkələr qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyədən 2 dərəcə aşağı salmaq və həddi 1,5 dərəcədə saxlamaq üçün tarixi razılaşma əldə olunub. O vaxtdan bəri danışıqlar Paris Sazişinin müəyyən etdiyi yol xəritəsinə və məqsədlərə uyğun olaraq davam etdirilir.

Real mənzərə budur ki, hər kəs bu qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş görür. Bir sıra ölkələr, ümumiyyətlə, bu istiqamətdə üzərilərinə götürdükləri öhdəliklərə əməl etmir. Lakin Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişmələri ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Azərbaycan modeli iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmanı nəzərdə tutur. Bu sirkulyar iqtisadiyyat modeli Azərbaycana imkan verəcək ki, ətraf mühitə həlledici təsir amilləri olan çirklənmə, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə mübarizə aparsın, dayanıqlı istehsal və istehlak modelləri yaratmaq, iqlim dəyişmələri ilə mübarizə sahəsində BMT-nin dayanıqlı inkişaf göstəricilərini həyata keçirsin, innovasiyanı və yeni işgüzar fəallığı təşviq etsin. Təklif olunan modelin Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərdə uğurlu tətbiqi mümkündür. Azərbaycan modelinin məhz işğaldan azad olunmuş ərazilərdə sınağı, iqlim dəyişmələri ilə mübarizədə mühüm mərhələ ola bilər.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. İqlim dəyişmələri ilə mübarizədə maliyyənin əhəmiyyəti ilbəil artır. Demək olar ki, uzunmüddətli danışıqlar zamanı ölkələr iqlimin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirirlər. Lakin bu məsələ söhbət olaraq qalır. COP29 inkişaf etmiş ölkələri sözügedən maliyyə dəstəyi ilə bağlı vədlərini yerinə yetirməyə sövq edilə bilər.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycan bu hərəkata sədrliyi Uqandaya təhvil verdi
backend
Prezident COP29-la bağlı Təşkilat Komitəsi yaratdı - SİYAHI
backend
İlham Əliyev müşavirə keçirdi - FOTO
backend
BMT-nin İqlim Dəyişmələri Konfransında Azərbaycan pavilyonu fəaliyyət göstərəcək
backend
Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 054

XƏBƏR LENTİ

Pirşağıda dənizdə boğulan qadının müəllim olduğu məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5530 Haz
Çində məşhur şüşə körpünün paneli çatladı – ziyarətçilər təxliyə edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5230 Haz
MH370 təyyarəsinin axtarışları davam etdiriləcək – müqavilənin müddəti uzadıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4630 Haz
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3930 Haz
Bakıda dörd yaşlı qız faciəli şəkildə həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3030 Haz
Ağdamda yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2830 Haz
Məktəblərdə telefon və elektron cihazlardan istifadəyə yeni qaydalar tətbiq olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2430 Haz
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2030 Haz
Universitetlərdə diplomlar bu ildən elektron formada təqdim olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1530 Haz
Ağcabədidə 24 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0230 Haz
FHN-də kadr dəyişikliyi: Alay komandiri vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4829 Haz
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4229 Haz
Leyla Əliyevanın təşəbbüsü ilə müəllimlərə həsr olunan Xeyirxahlıq Festivalı keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3929 Haz
Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3529 Haz
İran ABŞ-la texniki danışıqları ləğv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1029 Haz
Qazaxıstanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0429 Haz
Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0129 Haz
Bazardüzü istiqamətində xəsarət alan alpinist xilas edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5929 Haz
Venesuelada zəlzələ faciəsi: Futbolçunun həyat yoldaşı və iki övladının meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3929 Haz
Fərid Piriyev – ekoloji sahədə məsuliyyətli və nümunəvi rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2329 Haz
Valideynlərdən Sumqayıt məktəbi ilə bağlı ciddi narazılıq: “Övladlarımızın təhsil keyfiyyəti bizi narahat edir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0328 Haz
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda tədarükü həyata keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1328 Haz
Bakıda tarixi UFC gecəsi: Rafael Fiziyevdən möhtəşəm qələbə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0928 Haz
Hakimliyə namizədlər üçün növbəti test imtahanı keçirilib – 333 nəfər iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0528 Haz
Nərimanovda qanlı dava: 37 yaşlı şəxs iki ayağından bıçaqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0128 Haz
Bakıda ailə-məişət zəminində 62 yaşlı kişi ağır xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5628 Haz
Tramp: ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5328 Haz
DÇ-2026: Pley-off mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5128 Haz
Ağdərədə ağır yol-nəqliyyat hadisəsi baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5028 Haz
Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala salıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4628 Haz
DÇ-2026: 1/16 final mərhələsinə start verilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3928 Haz
Tramp yeni ABŞ pasportunun dizaynını təqdim edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1027 Haz
“Qarabağ” Leandro Andrade ilə vidalaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0627 Haz
ABŞ İran ərazisindəki hədəflərə zərbələr endirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0327 Haz
DÇ-2026 finalının rəsmi topu təqdim olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0027 Haz
Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5627 Haz
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5227 Haz
Bakıda yeni layihələrin təqdimatı keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4627 Haz
Bakıda riyaziyyat üzrə fəlsəfə doktoru vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4327 Haz
General: Hərbi xidmət müddətinin azaldılması hazırda müzakirə mövzusu deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4027 Haz
Zakir Həsənov ali hərbi rütbə alan zabitlərlə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3627 Haz
Venesuelada zəlzələ: ölənlərin sayı 200-ə yaxınlaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5726 Haz
Ukrayna Rusiyanı müharibəni dayandırmağa sövq etmək üçün əməliyyata başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5426 Haz
BDU-ya yeni prorektor təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4726 Haz
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə