
Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində sakinlərlə görüşüb.
Dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb.
Dövlət başçısı sakinləri salamlayaraq, onların 34 ildən sonra doğma torpaqlarına qayıdışını tarixi hadisə kimi qiymətləndirib. Prezident bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar.
Kərkicahan qəsəbəsində evlər təmir olunub, məktəb və digər infrastruktur layihələri icra edilib və burada yaşamaq üçün bütün şərait yaradılıb. Prezident həmçinin qeyd edib ki, iki il əvvəl həyata keçirilən antiterror əməliyyatı nəticəsində qəsəbə işğaldan azad olunub və Azərbaycanın suverenliyi tam bərpa edilib.
Sakinlər Prezidentə minnətdarlıqlarını bildirərək, doğma torpaqlarına qayıtmalarına şərait yaratdığı üçün təşəkkür ediblər.





