
Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, dövlətçilik ənənələri möhkəmlənib, ölkəmiz regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib. Prezidentin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın siyasi sabitliyi təmin olunub, iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb, beynəlxalq mövqeləri daha da güclənib.
Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ali Baş Komandanın müdrik rəhbərliyinin, güclü ordu quruculuğunun və xalq–dövlət birliyinin parlaq təzahürü kimi tarixə düşüb. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməklə yanaşı, milli qürurumuzu daha da yüksəldib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramının uğurla icrası Prezident İlham Əliyevin strateji baxışının və gələcəyə hesablanmış siyasətinin bariz göstəricisidir.
Qanuntv.az xəbər saytının kollektivi adından cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, Azərbaycan dövlətinin və xalqının rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayırıq.





