
Qırğızıstanın IV Xalq Qurultayının dekabrın 26-da keçirilən ikinci günündə nümayəndələrdən biri son parlament seçkiləri ilə bağlı sual verib.
Teleqraf xəbər verir ki, bu suala cavab olaraq Qırğızıstan Prezidenti Sadır Japarov mövqeyini açıqlayıb. Dövlət başçısı vətəndaşların səsvermədə zəif fəallıq göstərməsindən təəssüfləndiyini bildirib.
“Həmçinin, zalda olanlara müraciət edərək son seçkilərdə kimlərin iştirak etdiyini soruşdum və səs verənlərdən əllərini qaldırmalarını istədim. Hamı istisnasız olaraq əl qaldırdı. Bu da canlı yayımda göstərildi. Mən əvvəlcədən videoyazının aparıldığı barədə xəbərdar etmişdim. Məni təəccübləndirən və bir qədər də məyus edən məqam isə regionlardan seçilmiş bəzi nümayəndələrin düşünmədən yalan danışmaları oldu”, – deyə Sadır Japarov bildirib.
O əlavə edib ki, Mərkəzi Seçki Komissiyası təsdiqləyib ki, qurultayın 71 nümayəndəsi səsvermədə iştirak etməyib. Dövlət başçısı onları çətin vəziyyətə salmamaq üçün adlarını çəkməyəcəyini vurğulayıb.
Xatırladaq ki, IV Xalq Qurultayı üçün Qırğızıstanın müxtəlif bölgələrindən 150 nümayəndə seçilib.





