
Prezident aztəminatlı ailələrə 200 manat birdəfəlik yardım ayrılması barədə sərəncam imzaladı
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə imzalanıb.
Sənədə əsasən, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Birdəfəlik maddi yardımın ödənilməsi üçün 15 milyon 300 min manat vəsait ayrılıb. Ayrılan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə yardım alan ailələrə çatdırılacaq.
Nazirlər Kabineti və Maliyyə Nazirliyi sərəncamdan irəli gələn məsələlərin icrasını təmin edəcək.





